Son günlərdə dolların bahalaşmasına ABŞ-də borc tavanı probleminin yaranması da təsir edir. Bu vəziyyətdə dolların ucuzlaşacağı gözlənilsə də əks proses baş verir.
Dolların bahalaşmasına ABŞ mərkəzi bankının faiz dərəcələrini yüksəltməsi, Amerikada mühüm iqtisadi göstəricilərin yaxşılaşması, eyni zamanda Avropa Mərkəzi Bankının faizləri artırmaması təsir edib. Mövzu ilə bağlı Referans.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli qeyd edib ki, ümumi ilin əvvəlində investisiya fondlarının, reytinq təşkilatlarının bankların proqnozlarında fərqli ssenarilər irəli sürülüb.
“Ancaq ümumi bir yanaşma çoxluğu var ki, bu il ilin əvvəlində avro bahalaşacaq, ilin ortalarında isə bir qədər dollar bahalaşacaqdı. İlin sonunda avronun 1\10, 1\15 səviyyəsində yəni, 1 avro bərabərdir 1,1 dollar, 1,15 dollar arasında stabilləşmə olacaq. Yəni bu cür gözlənilir. Bu o deməkdir ki, dolların avronun hərəkəti 5-10% il ərzində çox da böyük dəyişiklik deyil. Bəs hansı halda bahalaşma davam edə bilər? Bu o halda ola bilərki, Amerikada Amerika Mərkəzi Bankı inflyasiyanın hazırki, səviyyədə faiz dərəcələri siyasəti ilə nəzarət altına düşə biləcəyinə inanmasın və faizləri artımağa davam etsin. İndiki halda Amerika Mərkəzi Bankı, son iclasda faiz dərəcəsini qaldırandan sonra deyib ki, oturub, baxacam ki, inflyasiya qaydaya düşür və nəzərdə tutulan tədbirlər son on ardıcıl artımdan sonra bir nəticə var yoxsa yox, prosesi ona görə qiymətləndirəcəm. Yəni son iclasdan sonra bu cür bəyanət verdi. Yəni dolların bahalaşıb, bahalaşmamağı, asılı olacaq bu Amerika Mərkəzki Bankının mövqeyindən və Amerikada inflyasiya proseslərindən”.
Bu bahalaşma ölkə iqtisadiyyatına necə təsir göstərəcək?
“Azərbaycan manatı dollara fix edilib, yəni dollar bahalaşanda, Azərbaycan manatı bahalaşır. Əks olduqda yenə Azərbaycan manatına təsir göstərir. Bu o deməkdir ki, hazır ki, məqamda dolların bahalaşması, manatın alıcılıq gücünü artırır. Manatın avro, funt qarşısında gücünü artırır. Və belə deyək də düzdür, ixracatcılar üçün arzuoluna məsələ deyil. Çünki, onlar ixracının qiymətini artırır. Amma satıcılar üçün əlaverişlidir. Çünki onlar dollar bahalaşdığına görə əvəzinə manat da bahalaşdığında daha ucuz idxallar alırlar. Belə qiymətləri aşağı da sala bilirlər, qazanclarını artıra da bilirlər”.
Qeyd edək ki, ABŞ milli valyutasının aparıcı valyutalara qarşı ortaq məzənnə dəyərini ifadə edən Dollar İndeksi mayın əvvəlində 101 olduğu halda, hazırda 104 səviyyəsinə çatıb. Ötən müddətdə Dollar İndeksində 3 faizə yaxın yüksəliş qeydə alınıb.