Kambocada tükürpədici hadisə baş verib.
Medianews.az xarici mediaya istinadla xəbər verir ki, 72 yaşlı Luan Nam ailəsinin timsah fermasında timsahı yumurta qoyduğu qəfəsdən çıxarmağa çalışıb.
İstifadə etdiyi çubuqla timsahın üzərinə hücum çəkən yaşlı kişi bir anda hovuza düşüb.
Nam 40 timsahın hücumuna məruz qalıb. Nəticədə yaşlı kişi faciyəvi şəkildə ölüb.
Namın həm də ölkənin Timsahlar Assosiasiyasının prezidenti vəzifəsini icra etdiyi öyrənilib.
Qeyd edək ki, Kambocadakı fermerlər timsahlarının dərisini Çin, Tayland və Vyetnama satırlar.
Medianews.az