Polşanın Vroslav şəhərində yaşayan 2500 nəfər İkinci Dünya Müharibəsindən qalma partlamamış bomba səbəbindən təxliyə edilib.
Medianews.az xəbər verir ki, Polşa mətbuatında yer alan xəbərlərə görə, 250 kiloqramlıq bomba ölkənin cənub-qərbində yerləşən Vrotslavda tikinti işləri zamanı aşkar edilib.
Polşa silahlı qüvvələri bombanın müharibədən qalma Alman SC 250 olduğunu açıqlayıb.
Bomba zərərsizləşdirilməsi üzrə mütəxəssislər hadisə yerində işləyərkən təxliyə edilən şəhər sakinləri avtobuslarla təhlükəsiz bölgələrə aparılıb.
Bundan əlavə, ərazinin dəmir yollarına yaxın olması səbəbindən bomba çıxarılana qədər qatarların hərəkəti də dayandırılıb.
Medianews.az