Avropa İttifaqı Rusiya Mərkəzi Bankının 200 milyard avrodan çox məbləğdə aktivlərini dondurub.
Bu barədə Aİ-nin yenilənmiş məlumatlarından aydın olub.
Artıq Avropa Komissiyasının nümayəndəsi Kristian Viqand da bu məlumatı təsdiqləyib.
Onun sözlərinə görə, Aİ liderləri Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya kömək etmək üçün istifadə yollarını araşdırırlar.