Ufa sakini serebral iflic olan ana oğlunun tək qalacağından qorxaraq öldürüb.
Medianews.az xəbər verir ki, Ufada ölümcül diaqnoz qoyulan yerli sakin yetkin oğlunu öldürüb.
RİA Novosti-nin şəhərin fövqəladə hallar xidmətinin verdiyi məlumata görə, qadın xəstəliyə düçar olub və ölümündən sonra oğluna baxacaq heç kimin olmayacağından qorxub.
Mənzildə şiddətli ölüm izləri olan kişi meyiti tapılıb. Müəyyən edilib ki, anası onu bıçaqlayıb, bundan sonra intihara cəhd edib. Qadının özü sağ qalıb, hazırda komadadır.
Medianews.az