Moskvada ata doqquz il ərzində qızlarını zorlayıb. Ata qızları qorxudub, döyüb və zorakılıqla hədələyib.
Medianews.az xəbər verir ki, Moskva Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda hazırda ataya cinayət işi açıldığı bildirilib.
İstintaqın məlumatına görə, kişi 2000 və 2003-cü il təvəllüdlü qızlarını davamlı olaraq zorlayıb. Bu, Elista və Moskva bölgəsində olmaqla 2014-cü ildən 2023-cü ilə qədər davam edib. Qızlar məişət zorakılığı haqqında danışmayıblar, çünki döyülüblər və hədələniblər.
Qızlar bir müddətdən sonra baş verənləri polisə danışıblar. Hazırda şübhəli şəxs istintaqa cəlb olunub. İstintaq çərçivəsində ekspertizalar, o cümlədən məhkəmə-tibbi və psixoloji-psixiatrik ekspertizalar aparılacaq.
Medianews.az