ABŞ-da 3 yaşlı uşaq axtarışda olan şəxsin polislər tərəfindən saxlanılmasına kömək edib.
Medianews.az xəbər verir ki, azyaşlı əlindəki silahla onlara qonaq gələn anasının rəfiqəsini yaralayıb.
Üç yaşlı oğlanın açdığı silahla yaralanan Trayshaun Smith ABŞ-ın İndiana ştatının Lafayette şəhərində xəstəxanaya yerləşdirilib. Xəstəxananın rəsmiləri 23 yaşlı Smitin İllinoys ştatında qətlə görə axtarışda olduğunu müəyyən ediblər.
Hüquq-mühafizə orqanları 3 yaşlı uşağın anası Artisin dostu olduğunu bildirən qadını həbs edib.
Medianews.az