Türkiyə prezidenti seçkiləri üçün xaricdə və gömrük məntəqələrində verilən səslərin sayı 1 milyon 856 min 968-ə çatıb.
Medianews.az Türkiyə mediasına istinadla xəbər verir ki, birinci turdakı iştirakçı sayı rekordu (1 milyon 839 min 470) yenilənib.
Qeyd edək ki, xarici ölkələrdə səsvermə bu gün başa çatacaq, gömrük məntəqələrində isə mayın 28-i günorta saatlarına qədər davam edəcək.
Medianews.az