Tibb bacısı həkim sevgilisinin yaşadığı binanın eyvanından yıxılaraq həyatını itirib.
Medianews.az xəbər verir ki, hadisə Aksarayda yaşanıb.
Həkim şübhəli bilinərək saxlanılsa da, ifadəsindən sonra sərbəst buraxılıb.
Məlumata görə, özəl xəstəxanada tibb bacısı işləyən Saliha Tuncel eyni xəstəxanada işləyən həkim sevgilisi Halil İbrahim A.-nın (43) 7-ci mərtəbədəki mənzilinin eyvanından yıxılaraq 3-cü mərtəbəyə düşüb. Hadisəni görən insanlar polis və tibb işçilərini olay yerinə çağırıblar.
Təcili yardımla xəstəxanaya aparılan Tunceli edilən müdaxiləyə baxmayaraq xilas etmək mümkün olmayıb. Şübhəli olaraq nəzarətə alınan həkim Halil İbrahim A. ifadəsindən sonra sərbəst buraxılıb.
Medianews.az