Rusiyanın müdafiə naziri Sergey Şoyqu Belarusun paytaxtı Minskdə belaruslu həmkarı Viktor Hrenin ilə görüşüb.
Medianews.az xəbər verir ki, Nazirlər Rusiya nüvə silahlarının Belarus ərazisində xüsusi anbarda saxlanmasını nəzərdə tutan protokolu imzalayıblar.
Belarusun müdafiə naziri görüş zamanı bildirib ki, Qərb Rusiya və Belarusa “görünməmiş təzyiq” edir:
“Bu şəraitdə Belarus Respublikası Rusiya Federasiyası ilə hərbi sahədə strateji müttəfiqlik əlaqələrinin daha da inkişaf etdirilməsində, doktrinal sənədlərimizdəki öhdəlikləri gücləndirməkdə və ikitərəfli qarşılıqlı fəaliyyəti dərinləşdirməkdə maraqlıdır.
Medianews.az