İstanbulda yüksək sürətli qatar stansiyasında vaqonun ön şüşəsini təmizləyən işçinin əlindəki dəmir çubuq yüksək gərginlikli kabelə toxunub.
Medianews.az xəbər verir ki, elektrik cərəyanı vurması nəticəsində xəsarət alan işçi xəstəxanaya çatdırılıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Digər tərəfdən işçinin elektrik cərəyanı vurduğu anlar təhlükəsizlik kamerasına əks olunub.
Medianews.az