Polis maşınına edilən bombalı hücumda 3 nəfər ölüb, 8 nəfər yaralanıb.
Medianews.az xarici mediaya istinadla xəbər verir ki, hadisə Kolumiyada baş verib.
Məlumatına görə, partlayıcı qurğu yoldan keçən patrul maşınının yanında işə salınıb.
Ölənlər arasında iki polis əməkdaşı və bir yerli qadın da var.
Hadisə nəticəsində dörd polis əməkdaşı və dörd mülki şəxs də yaralanıb.
Yaralananlar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam edir.
Medianews.az