İran mayın 25-də “Xeybər” ballistik raketini təqdim edib.
Medianews.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb .
“Xeybər” in 2000 km mənzilli və 1,5 ton ağırlığında döyüş başlığına malik maye yanacaqlı raket olduğu, strateji xüsusiyyətləri ilə yanaşı, taktiki xüsusiyyətləri də olduğu vurğulanıb.
““Xeyber” raketinin xarakterik xüsusiyyətləri arasında uçuşun orta hissəsində istiqamətləndirmə və idarəetmə sisteminin olmasıdır ki, onun istifadəsi atmosferdən kənarda döyüş başlığının mövqeyini idarə etməyə və trayektoriyasını düzəltməyə imkan verir. Bu raketin demək olar ki, idarə edilməsi yer atmosferindən kənarda baş verir”, – agentlik qeyd edir.
Medianews.az