7 mərtəbəli binada güclü yanğın baş verib.
Medianews.az xəbər verir ki, bu gün Avstraliyanın Sidney şəhərində 7 mərtəbəli binada yanğın olub.
Yanğınsöndürənlər yanğının ən şiddətli növü olan 10-cu dərəcəli həyəcan siqnalı verdiklərini bildiriblər. Şiddətli yanğın nəticəsində bina çökməyə başlayıb. Daha sonra alovlar qonşu binaya da keçib.
Ölən və yaralananlarla bağlı açıqlama verilməsə də, yanğına 100-dən çox yanğınsöndürənin müdaxilə etdiyi deyilib.
Məlumata görə, hər iki binaya tamamilə ziyan dəyib.
Medianews.az