Boşanma mərhələsində olduğu həyat yoldaşını 11 güllə ilə ağır yaralayan Kazım Ç. eyni silahla intihar edib.
Medianews.az xəbər verir ki, hadisə bu gün Esenyurtdakı Güzelyurt Məhəlləsində baş verib.
Qoncagül C. adlı qadın işə getmək üçün evdən çıxarkən, boşanma prosesində olduğu həyat yoldaşı Kazım Ç.-nin onu qapı qarşısında gözləyib. Kişi, özü ilə gətirdiyi silahla Qoncagül Ç.-yə 11 dəfə atəş açıb. Daha sonra həmin silahla intihar edən Kazım həyatını itirib.
Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb edilib.
Ağır yaralanan Qoncagül Ç. ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb. Öldüyü təsbit edilən həyat yoldaşı Kazım Ç.-nin cəsədi prokurorluğun göstərişi ilə yarılma üçün Ədliyyə Tibb Təşkilatı Morquna aparılıb. Qoncagül Ç.-nin həyati təhlükəsinin davam etdiyi öyrənilib.
Medianews.az