Aktrisa Naibə Allahverdiyevanın Facebook hesabı oğurlanıb.
Medianews.az xəbər verir ki, bu barədə bir jurnalist paylaşım edib.
Paylaşımda bu sözlər qeyd edilib:
“Əziz dostlarım, bayaq aktrisa Naibə Allahverdiyevadan mənə belə mesaj gəlib. Özü ilə də aydınlaşdırdım, deyir ki, mən sənə yazmamışam.
Bu da o deməkdir ki, onun feysbuk profili oğurlanıb.
Bir müddət əvvəl bir çox istifadəçilərin sosial şəbəkə hesabları bu üsulla oğurlanıb. O dəfə Əliyeva Telli Pənahqızından da mən belə mesaj gəlmişdi.
Uzun sözün kəsəsi, ehtiyatlı olaq. Bu kiber hücumları həyata keçirən xakerləri dayandırmaq, ifşa etmək lazımdır.
Onlar kimlərdir? Nə istəyirlər?
Bu hallar ölkənin dinc insanına qarşı dələduzluqdur.
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətindən xahişim odur ki, bu gizli düşmənləri ortaya çıxarsın.
Yoxsa biz bu hadisələrdən necə sığortalanaq?
Mən, sən, o, biz, siz, onlar kimə etibar edək?”.