Alimlər bir insanı özünə aşiq etməyin yollarını tapıblar. Onlar düşünür ki, erotik səslər və şən gülüşləri sol qulaqdan səsləndirmək daha çox təsiredicidir.
Nəhayət, elm adamları bir insana necə aşiq olmağın asan üsulunu tapıb. Əslində bu, bir növ ayin və ya rituala bənzəyir, amma bir elmdir. Məlum olub ki, sol qulağa xoş sözlər, təriflər və komplimentlər pıçıldamaq daha yaxşıdır, ona görə də onlar sağ yarımkürədə beynin eşitmə qabığını tez bir zamanda aktivləşdirir, daha çox duyğu və görüntülərlə əlaqələndirir. Bu daha böyük təsirə səbəb olur. Xoş sözlər müsbət cavab verir və daha yaxşı yadda qalır.
Lozanna Federal Texnologiya İnstitutunun (EPFL), Lozanna Universitet Xəstəxanasının və İsveçrənin Lozanna Universitetinin neyrobioloqları insanın xoş sözlər eşitdikdə daha asan həyəcanlandığını söyləyirlər.
Beynimizi soldan gələn müsbət səslərin (sözlər, pıçıltılar və gülüşlər) lehinə dəyişməsinin təkamül əhəmiyyəti hələ də aydın deyil.
Medianews.az