Aktrisa Zülfiyyə Qurbanova ölkə aktyorlarından gileylənib.
Medianews.az xəbər verir ki, o məsələ barədə Facebook hesabında paylaşım edib.
Aktrisa paylaşımda bu fikirləri qeyd edib:
“Yazım, ürəyimdə qalıb məni incidənə qədər deyim, sizi incitsin. Ölkəmizin aktyorları qədər birliyi olmayan, bir-birini dəstəkləməyən, ümumiyyətlə, həmfikir olmayan ikinci bir ölkə aktyorları tanımıram. Nə zaman hansısa kanalda aktyorların problemlərinə toxunan mövzular barədə fikir bildirmişəm, heç paylaşıma dəstək xarakterli yazı yazmayıblar, bəyənməyiblər belə.. Elə bilirsiz görmürlər? Çox gözəl görürlər. Bütün günü sosial şəbəkələrdə oturub, başqa ölkənin bizə aid olmayan məişət söhbətlərini, cəmiyyətimizin bizə lazım olan və ya olmayan məsələlərini status halına gətirib lağlağı edə bilirlər amma… Niyə səslərini çıxarmırlar? Qorxurlar ki, rejissor yazdıqlarını oxuyandan sonra onları filmə çəkməz. Amma haradasa hansısa biri ilə rastlaşanda “Gördüm çıxışını, səninlə razıyam” deyirlər. Heç kəsin görmədiyi yerdə dəstək cümlələri qurmaq üçün ürəyiniz gedir. Ona görə özümə söz vermişəm. Bundan sonra nə zaman müzakirə xarakterli verilişdə sənətdə olan çatışmazlıqları dilimə gətirib müzakirəyə qoşulsam, ancaq özümə toxunan məsələləri işıqlandıracam. 20 ildi bu sahədəyəm niyə adım və ya mükafatım yoxdu? Halbuki dünyanı gəzmişəm işlərimlə. İşlərimizin aldığı mükafatları demirəm, hələ yerli işlərdə göstərdiyim aktyor işlərindən danışmıram. Heç bir əziyyət çəkmədən halva kimi boşqabına hazır nələrsə gələn adamlar bilməz nədən danışıram”.
Medianews.az