ABŞ- da türkiyəli tanınmış Emine Yılmaz Özsoya qarşı törədilən dəhşətli hücum ölkədə böyük əks-səda doğurub.
Medianews.az Türkiyə mediasına istinadla xəbər verir ki, ABŞ-da məruz qaldığı hücumda qatarın altına sıxılan Emine Yılmaz Özsoyun insult keçirdiyi və yaxınlarının onun müalicəsi üçün kampaniyaya başladığı bildirilib.
Türkiyədə də media qurumlarında çalışan və 6 il əvvəl ABŞ-a köçən 35 yaşlı Özsoy bazar günü səhər saatlarında Nyu Yorkda qatar stansiyasında təcavüzkar tərəfindən qatarın qabağına itələnərək ağır yaralanıb. .
Dəhşətli hücumla bağlı dünən açılan cinayət işində prokurorluq Özsoyun “təxribatsız hücum”dan sonra boynundan aşağı hərəkət edə bilmədiyini bildirib.
Bildirilib ki, bir şəxs səbəbsiz yerə iki əli ilə Özsoyun başından tutub, var gücü ilə hərəkətdə olan qatarın qarşısına atıb və hadisə yerindən uzaqlaşıb.
Qeyd edək ki, Gənc qadının hadisə zamanı iflic olduğu, vəziyyətinin ağır olduğu, həyati təhlükəsinin davam etdiyi qeyd edilib.
Medianews.az