Parkinq işçisi avtomobil sürücüsü tərəfindən öldürülüb.
Medianews.az xəbər verir ki, dəhşətli hadisə İstanbulun Esenyurt adlanan ərazisində baş verib.
Məlumata görə, dayanacaq pulunu ödəmək istəməyən Tural adlı sürücü və parkinq işçisi arasında mübahisə düşüb. Davam edən mübahisənin ardından avtomobilinə qayıdan sürücü park işçisi İbrahimi maşınla vuraraq sıxışdırıb. Bunu görən sakinlər sürücüyə hücum ediblər.
Hadisə yerinə gələn polis və tibb əməkdaşları parkinq işçisinin öldüyünü müəyyən ediblər.
Faktla bağlı araşdırma aparılır.
Medianews.az