Qol vurduqdan sonra səcdəyə gedən Ronaldo müsəlman aləminin gündəminə çevrilib.
Medianews.az xəbər verir ki, Səudiyyə Ərəbistanının peşəkar Futbol komandalarından olan “Əl-Nassr”da forma geyinən portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo vurduğu qoldan sonra “səcdə edib”.
Liqanın 28-ci həftəsinin matçında paytaxt Ər-Riyadda “Əl-Nassr” və “Əl-Şəbab” komandaları qarşılaşıb.
Portuqaliyalı 38 yaşlı ulduz futbolçu Ronaldo matçın 59-cu dəqiqəsində komandasını 3-2 önə keçirən qolu vurduqdan sonra səcdə edib.
Qarşılaşmada “Əl-Nəsr” 3:2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Cristiano Ronaldo indiyədək “Əl-Nassr”ın heyətində 18 oyunda 14 qol vurub və 2 məhsuldar ötürmə edib.
Medianews.az