Avropa hava yolları şirkətində stüardessa işləyən İlaria De Rozanın Səudiyyə Ərəbistanında narkotik alveri ilə məşğul olduğu üçün ölüm cəzası ilə üzləşdiyi iddia edilib.
Medianews.az xəbər ki, gənc qadın sonuncu dəfə mayın 6-da 3 səudiyyəli kişi ilə qaldığı oteldən çıxarkən görüntülənib.
Litvanın “Avion Express” aviaşirkətində çalışan 23 yaşlı italyan stüardessa Səudiyyə Ərəbistanında narkotik alverində iştirak etdiyi üçün ölüm cəzasına məhkum edilib. İtalyan qadınla görüşmək istəyən ailəsi mayın 6-dan bu yana qızlarından xəbər ala bilmir.
Ailəsinin səyi nəticəsində İtaliya Xarici İşlər Nazirliyi işə qarışıb. Nazirlik Səudiyyə Ərəbistanı ilə danışıqlar apararkən, nazirlikdəki mənbələrdən biri “Səudiyyə idarəçiləri ilə əlaqə saxlayırıq. Ümid edirik ki, vəziyyəti aydınlaşdırıb ən qısa zamanda həll edəcəyik”,-deyə bildirib.
Medianews.az