Omutninskdə kişi içki içən yoldaşını balta ilə öldürüb.
Medianews.az xəbər verir ki, bu barədə Kirov vilayəti üzrə İstintaq Komitəsinin rəhbərliyi məlumat yayıb.
Belə ki, mayın 21-də Omutninskdə, evlərin birində iki kişi ziyafət verib, aralarında münaqişə yaranıb. Mübahisə nəticəsində 40 yaşlı kişi baltanı götürərək 39 yaşlı tanışının başına bir neçə zərbə vurub. Zərərçəkmiş aldığı xəsarətlərdən hadisə yerində ölüb. Baş verənləri anlayan qatil özü polisi hadisə yerinə çağırıb.
Həmin şəxs saxlanılıb. Dindirilmə zamanı o, əməlini etiraf edib və ifadə verib. O, həbsdədir. Müstəntiqlər cinayət faktını araşdırır, hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.
Əvvəllər Kirovun Komsomolskaya küçəsində bir nəfərin vəhşicəsinə döyüldüyünü yazmışdıq.
Medianews.az