Şimali İrlandiyadan olan aktyor Stivenson film üçün getdiyi İtaliyada dünyasını dəyişib.
Medianews.az xəbər verir ki, aktyorun ölümü böyük kədərə səbəb olub.
Thor filmləri və Divergent seriallarındakı rolları ilə tanınan Stivensonun ölüm səbəbi açıqlanmayıb.
Məlumata görə halı pisləşən aktyor İtaliyanın İskia adasında xəstəxanaya yerləşdirilib. Daha sonra isə dünyasını dəyişib.
Tanınmış aktyorun orada “Cassino in Ischia” adlı döyüş filminin çəkilişləri üçün olduğu bildirilirdi.
Qeyd edək ki, Rey Stivensonun 4 günə 59 yaşı tamam olacaqdı.
Medianews.az