Dünyaca məşhur müğənni Beyoncenin restoranda ödədiyi hesab gündəm olub.
Medianews.az xəbər verir ki, müğənni Şotlandiyadakı bir restoranda verdiyi nəhəng yemək sifarişi üçün 38 min manat (1800 funt sterlinq) xərcləyib.
Belə ki, son albomu ilə eyni adı daşıyan “Renaissance” adlı dünya turu üçün konsertlər verən pop ulduzu Beyonce şənbə günü Şotlandiyanın Murrayfild şəhərindəki konsertindən əvvəl komandasını restorana aparıb.
Restoranda o, komandası üçün 110 toyuq burger, 90 pizza və doqquz toyuq budu sifariş edib və ümumilikdə 18.000 funt sterlinq hesab ödəyib.
Məşhur müğənni komandasındakı hər kəsi məmnun etmək üçün restorandakı bütün ədviyyat növlərini və vegetarian yeməklərini də dəyərləndirib.
Medianews.az