İstanbulda məscidin axundu cümə xütbəsi zamanı dediyi sözlərlə gündəm olub.
Medianews.az xəbər verir ki, axundun dediyi sözlərə görə Diyanət İşləri İdarəsi araşdırmalara başlayıb.
“28 may axşamı silahlarınızı hazırlayın, mənim iki silahım ağzına qədər doludur”,-deyə məscidin axundu cümə xütbəsi zamanı bildirib.
Sözügedən görüntülər sosial mediada da sərt reaksiyalara səbəb olub.
Medianews.az