Dünən İtaliyanın Puglia bölgəsindəki San Severo şəhərində keçirilən ənənəvi “Festa del Soccorso” festivalında qorxulu anlar yaşanıb.
Medianews.az xarici mediaya istinadla xəbər verir ki, İtaliyada festival zamanı partlayan atəşfəşanlıq səhnəni döyüş meydanına çevirib.
Əylənən insanlar təşviş içində ərazidən uzaqlaşıblar.
Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat verilməyib.