ABŞ-da adı açıqlanmayan 22 yaşlı gənc epilepsiya tutmasından sonra xəstəxanaya yerləşdirilib.
Ölümdən qayıdan gəncin xəstəxanada çəkilmiş rentgen görüntülərində saxta gümüş dişlərinin qaraciyərinə ilişdiyi diqqət çəkib.
Gənc epilepsiya tutmasından sonra yaranan şiddətli öskürək və xırıltı şikayətləri ilə xəstəxanaya yerləşdirilib. 22 yaşlı gəncin rentgenoqrafiyasında ağciyərin tənəffüs yolunda 4 sm-lik protezin ilişdiyi müşahidə edilib.Həkimlər tez bir zamanda bronxoskopiya apararaq elastik boru vasitəsilə yalançı dişi çıxarıblar.
Əməliyyat zamanı bronxospazm (ağciyər tənəffüs yollarında əzələlərin dartılması) keçirən kişi steroid verildikdən sonra evə buraxılıb.
Medianews.az