ABŞ-də gənc oğlan barda tanış olduğu qadın tərəfindən soyulub.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, oğlan gecə klublarından birində 30 yaşlı qadınla tanış olub. Onlar yeyib-içdikdən sonra otelə gediblər.
Qadın oteldə oğlanın içkisinə dərman qatıb. Bundan sonra onun üzərindəki 600 min dollarlıq qızılını və “Rolex” brendinə məxsus bahalı qol saatını oğurlayıb.
Gənc oğlan oyandıqda soyulduğunu anlayıb və polisə müraciət edib. Polis qadının otelin liftinin kameralarına düşən görüntülərini sosial şəbəkələrdə paylaşıb.
“New York Post”da yer alan məlumat ən çox oxunan xəbərlər siyahısına daxil olub.