Rusiya prezidenti Vladimir Putin hesab edir ki, Rusiyanın əleyhdarları ölkənin çoxmillətli harmoniya ideyası ətrafında qurulduğunu nəzərə almırlar, bu ideya vətəndaşların xarici təcavüz və təhdidlər qarşısında birləşməsi üçün ən vacib bazadır.
Medianews.az xəbər verir ki, o bu barədə millətlərarası münasibətlər şurasının iclasında danışıb.
“Adını çəkdiyim düşmənlərimiz – neokolonial düşüncə tərzinə malik insanlar, həqiqətən də axmaqlar – başa düşmürlər ki, bizi daha güclü edən məhz bu müxtəliflikdir. Onlar əbəs yerə çalışdıqları effektə ümid bəsləyirlər”, – prezident bildirib.
Bu insanlar, onun fikrincə, axmaqların yarışmasında “yalnız ikinci yeri tutacaqdılar”. “Niyə yalnız ikinci? Bəli, ona görə ki, axmaqlardır”, – deyə prezident bildirib.
Medianews.az