Rusiya prezidenti Vladimir Putin Oleq Syromolotovu xarici işlər nazirinin müavini vəzifəsindən azad edib. O, Xarici İşlər Nazirliyində terrorla mübarizə məsələlərinə cavabdeh olub.
Medianews.az Rusiya prezidentinin imzaladığı sərəncamı təqdim edir:
“Sıromolotov Oleq Vladimiroviç Rusiya Federasiyasının xarici işlər nazirinin terrorizmlə mübarizə üzrə müavini vəzifəsindən azad edilsin”.
Qeyd edək ki, Oleq Syromolotov Rusiya FSB-nin direktor müavini, FSB Əks-kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsində çalışıb. Rusiya Federasiyası xarici işlər nazirinin terrorla mübarizə üzrə müavini 2015-ci il martın 19-da təyin edilib.
Medianews.az