Soyuducuya qoyulan qidaları daha uzun müddət saxlaya biləcəyimizi düşünsək də, hər ərzaqı burada saxlamaq doğru deyil. Bəzi qidalar soyuducuda bakteriya əmələ gətirir və zəhər anbarına çevrilir.
Bu 5 qidanı heç vaxt soyuducuya yerləşdirməyin:
SARIMSAQ
İmmuniteti gücləndirən ən təsirli qidalar arasında yer alan sarımsaq təbii antioksidant qaynağı kimi tanınır. Lakin sarımsağı soyuducuda saxlamaq sağlamlığa zərər verə bilər. Sarımsaq 2 gündən çox soyuducuda qaldıqda bakteriya istehsal etməyə başlayır. Bu şəkildə istehlak edildikdə, demək olar ki, fərqinə varmadan bədəni zəhərləyir. Bu səbəbdən sarımsağı soyuducuda saxlamamaq məsləhətdir.
QƏHVƏ
Ən çox istehlak edilən içkilərdən biri olan türk qəhvəsi təravətini və ətrini qorumaq üçün bir çox evdə soyuducuya qoyulur. Soyuducuda saxlanılan qəhvə qəhvənin dadının pisləşməsinə səbəb olur. Bu, soyuducunun içindəki soyuq və rütubətdən qaynaqlanır. Qəhvənin təravətini uzun müddət saxlamağın ən yaxşı yolu onu şüşə qabda sərin yerdə saxlamaqdır.
BANAN
Banan sağlam qidalanan və sağlam reseptlər hazırlayan insanların sevimli meyvəsidir. Bananlar adətən soyuducuda saxlanılır. Lakin bananları soyuducuda saxlamaq onların yetişməsinə mane olur. Onun qida dəyərini itirməsinə səbəb olur.
AVOKADO
Sağlam yağlar dedikdə ilk ağıla gələn avokado xüsusilə son illərdə pəhriz saxlayanlar tərəfindən istehlak edilir. Avokadonun orqanizm üçün çoxlu faydaları var. Həzm sistemini və bağırsaq hərəkətlərini tənzimləyir. Lakin avokadonun soyuducuda saxlanması yanlış saxlama üsulu kimi tanınır. Soyuducuya qoyulan avokado yetişə bilmir və dadı dəyişir. Bu da orqanizmə faydasını itirir.
Medianews.az