Zimbabvedə 4000-ə yaxın məhbus üçün amnistiya elan edilib.
Medianews.az xarici mediaya istinadla bildirir ki, Zimbabve prezidenti Emmerson Mnanqaqva həbsxanalardakı sıxlıq səbəbindən təxminən 4000 məhbus üçün amnistiya elan edib.
Zimbabve Həbsxanalar və İslah Xidməti (ZPCS) tərəfindən edilən açıqlamada bəzi məhbusların Prezident tərəfindən əfv edildiyi paylaşılıb.
Bu kontekstdə cəzaçəkmə müəssisələrində sıxlığın azaldılması məqsədilə 4 minə yaxın məhbusun əfv edildiyi bildirilən bəyanatda dövlətə xəyanət, soyğunçuluq kimi cinayətlərə görə məhkum olunanların amnistiyadan kənarda qaldığı qeyd edilib.
Medianews.az