ABŞ Ticarət Nazirliyi yeni anti-Rusiya sanksiyaları elan edib. Belə ki, ixrac məhdudiyyətləri kağız, parçalar, avadanlıq, tikinti materialları və nəqliyyat da daxil olmaqla 1,2 min məhsula təsir göstərəcək.
Medianews.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Siyahıya əlavə edilən əlavə 1224 istehsal edilmiş məhsul üçün indi ixrac və ya təkrar ixrac, Rusiya və Belarus daxilində köçürmə üçün lisenziya tələb olunacaq”, – agentliyin açıqlamasında bildirilir.
Bundan əvvəl ABŞ Rusiyanın 70 müəssisəsinə qarşı ixrac məhdudiyyəti tətbiq edib.
Həmçinin ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi bildirib ki, Xirosima sammiti zamanı G7 ölkələri Rusiyanın yanacaq tədarükündən asılılığını azaltmaq üçün yeni tədbirlər elan etmək niyyətindədirlər.
Medianews.az