Sakit okeanın cənubunda baş verən 7,7 bal gücündə zəlzələdən sonra bölgədə sunami xəbərdarlığı panikaya səbəb olub.
Medianews.az xarici mediaya istinadla bildirir ki,ABŞ-ın sunami xəbərdarlığı sistemi Sakit okean adalarında bir neçə metrlik dalğaların görünə biləcəyini qeyd edib.
ABŞ Geologiya İnstitutundan verilən açıqlamada Yeni Kaledoniyanın Sadiq adalarını silkələyən zəlzələnin 38 kilometr dərinlikdə baş verdiyi bildirilib.
Zəlzələ bəzi yerlərdə çaxnaşma yaratdığından bölgədəki səlahiyyətlilər insanları çimərliklərdən uzaq durmağa çağırıb.
Xəbərdarlıqlardan sonra Yeni Kaledoniyada 22 sm, Yeni Zelandiyada 33 sm-lik dalğalar görünüb.