Mayın 16-sı saytımızda dərc olunan “Ülviyyə Alovlu axtarışa verildi” başlıqlı xəbərdən sonra ictimai fəal Ülviyyə Alovlu həmin məlumatı sosial şəbəkələrdə təkzib edib.
“Qafqazinfo” xəbər verir ki, o, saytın əməkdaşlarını ağır söyüşlərlə təhqir edərək barəsində heç bir axtarış qərarı olmadığını bildirib.
Vətəndaşın təkidlə axtarış qərarının surətini istəməsini nəzərə alaraq, sözügedən sənədin fotosunu təqdim edirik. Bildirək ki, Ü.Alovlu ilə bağlı ilk axtarış qərarı bir neçə ay əvvəl, daha dəqiq 5 dekabr 2022-ci ildə çıxarılıb. Qərar üzrə həmin tarixdən etibarən Bakı Şəhər Baş Polis İdarəsinə bildirişlər göndərilib.