“Süni intellekt dünyaya zərər verə bilər”.
Medianews.az xəbər verir ki, bu sözləri məşhur süni intellekt tətbiqinin yaradıcısı və Open AI-nin baş direktoru Sam Altman deyib.
Süni zəka texnologiyasının tənzimlənməsi lazım olduğunu bildirən Altman: “Mənim ən böyük qorxum sənayenin dünyaya ciddi ziyan vuracağıdır”- deyə bildirib.
Altman, həmçinin ABŞ hökumətinin tənzimləyici müdaxiləsinin süni intellektin risklərini azaltmaq üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib və ən böyük narahatlığının seçkilərdə süni intellektdən istifadə edilməsi olduğunu vurğulayıb.
Seçki bütövlüyünə müdaxilə etmək üçün süni intellektdən istifadə edilməsini “ən böyük narahatlığı” olaraq xarakterizə edən Altman, bu sahədə federal tənzimləyici qurum təklif edib və əlavə qaydalara ehtiyac olduğunu bildirib.
Medianews.az