İranın 15 əyalətində 33 tanışlıq-evləndirmə mərkəzi açılıb.
Medianews.az xəbər verir ki, həmin mərkəzlər əhalinin artım tempinin aşağı düşməsi səbəbilə yaradılıb.
İranın Gənclər və İdman Nazirliyinin Planlaşdırma və Sosial İnkişaf üzrə baş direktoru Mehdi Müttəkifer bildirib ki, ailə həyatı qurmağı asanlaşdırmaq üçün 15 əyalətdə 33 nöqtədə tanışlıq mərkəzi açılıb.
Tanışlıq mərkəzlərindən 8-i paytaxt Tehranda, 5-i Qumda, 4-ü İsfahanda, Şərqi Azərbaycanda, Rəzəvi Xorasan, Kohgiluye və Buyer Əhməd ərazilərinin hər birində iki, Qərbi Azərbaycan, Çahar Mahal-Bəhtiari, Şimali Xorasan, Zəncan.O, Kirmanşah və Gülüstan vilayətlərində isə hər birində bir ədəd olduğu qeyd edilib.
Qeyd edək ki, mərkəzlərin bir qismi məscid və mədəniyyət mərkəzlərində yerləşir və pulsuz xidmət göstərir. Bəzi mərkəzlərdə isə göstərilən xidmətlərə görə ödəniş alındığı bildirilib.
Medianews.az