Yük maşınının altında qalan avtomobilin sürücüsü burnu belə qanamadan xilas olub.
Medianews.az xarici mediaya istinadla xəbər verir ki, hadisə Meksikada qeydə alınıb.
Belə ki, sürücü idarəetməsini itirərək iki yük maşını ilə toqquşub.
Nəticədə maşın yarasız vəziyyətə düşüb.
Nəqliyyat vasitəsinin təhlükəsizlik yastıqlarının açılmasından avtomobildə ilişib qalan sürücü isə sağ qalmağı bacarıb.
Sürücünün yük maşının altından əzilən avtomobildən sağ çıxması ətrafdakı vətəndaşlar tərəfindən anbaan görüntülənib.