Avstraliyada hamilə sevgilisini öldürməkdə ittiham edilərək 12,5 il həbsdə olan şəxsə 1,6 milyon dollar təzminat ödəniləcək.
Medianews.az ABC News-a istinadən xəbər verir ki, Scott Austic adlı şəxs hamilə sevgilisi Steysi Tornun qətlində ittiham edildiyi cinayətdə bəraət qazanıb.
Qərbi Avstraliyanın dövlət katibi Con Quigley Austicin 8,5 milyon dollar təzminat tələb etdiyini, lakin 1,6 milyon dollar təzminat ala biləcəyini açıqlayıb.
Hökumət 1,6 milyon dollardan əlavə Austicə vəkillik haqqının da ödəniləcəyi barədə məlumat paylaşıb. Austicin vəkili Clint Hampson, müvəkkilinin təzminat məbləğindən məmnun olmadığını bildirib.
Qeyd edək ki, Scott Austicin uşağına hamilə olan Torn 2007-ci ildə Qərbi Avstraliyanın Boddinqton şəhərində bıçaqlanaraq qətlə yetirilib. Austic sevgilisini qətlə yetirdiyinə görə 25 il müddətinə azadlıqdan məhrum edilib və iş üzrə ilk apellyasiya şikayəti rədd edilib.
O, 2020-ci ildə Ali Məhkəməyə müraciət edib və məhkəmə Austicə qarşı dəlillər tapıldığına əsaslanaraq yenidən istintaq prosesi başlanıb. Məhkəmə prosesində hakim Austici günahsız sayaraq, Thorne qətlində istifadə edilən bıçağın otlaqda başqası tərəfindən basdırılmış olduğunu müəyyən edib.
Medianews.az