Türkiyənin Zonquldak vilayətində dəhşətli hadisə yaşanıb.
Medianews.az xəbər verir ki, 22 yaşlı gəncin 53 yaşlı qadının cəsədi ilə selfi çəkib sosial mediada paylaşması hər kəsi şoka salıb.
Ekspertiza zamanı 53 yaşlı Filiz K.-nin ürək tutmasından öldüyü müəyyən edilib.
Polisin apardığı araşdırmada Filiz K. ilə 22 yaşlı gəncin əlaqəsi olduğu üzə çıxıb. Onların gecə yarısı evə birlikdə girdiklərinin görüntüləri də ortaya çıxıb.
Hadisədən sonra M.C.Y. saxlanılıb.
M.C.Y. O, ifadəsində Filiz K. ilə gecə birlikdə içki içdiyini və yatdığını bildirib. M.C.Y. Filiz K.-nin sərxoş olduğu üçün yuxuya getdiyini düşündüyü üçün selfi çəkdirdiyini bildirib. Psixoloji problemləri olduğu öyrənilən M.C.Y. ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
Medianews.az