Dünyanın ən qədim kitabı olan İncil 38,1 milyon dollara satılır.
Medianews.az xarici mediaya istinadla bildirir ki, “Sotheby’s” hərrac evi dünyanın ən qədim və tam İbranicə İncilinin 38,1 milyon dollara satıldığını açıqlayıb.
1100 illik tarixi olan “Codex Sassoon” kimi tanınan İncil üçün ən yüksək qiymət təklifi ABŞ-ın Rumıniyadakı keçmiş səfiri və Amerika Yəhudi Komitəsinin sədri Alfred H. Mosesdən gəlib.
Kitabın yəhudi şifahi ənənəsi ilə müasir İbrani İncilləri arasında körpü rolunu oynadığı üçün əhəmiyyətli olduğu deyilir.
“Codex Sassoon” həm də İbrani İncilinin sərt üzlü əlyazması olan “Hələb Kodeksi” və İvrit İncilinin ən qədim tam əlyazmalarından biri olan “Leninqrad Kodeksi”ndən daha qədim olduğu bildirilir.
Medianews.az