Medianews.az xəbər verir ki, Daily Mail-də yer alan xəbərə görə, cütlüyün otel otağına gedərkən çox şən olduğu təhlükəsizlik kameralarında görünüb.
Daha sonra gənc modeli naməlum səbəbdən qətlə yetirən sevgilisi ertəsi gün səhər saatlarında əlində çamadan, tələsik və təlaşla oteldən tək çıxanda otel işçiləri şübhələnərək polisə xəbər veriblər . Cinayətkarın mindiyi taksinin sürücüsü də onun şübhəli davranışını görəndə otelə məlumat verib.
Otel işçiləri otağa daxil olan zaman modelin əlləri, qolları və ayaqları kəsilmiş qan içində cansız bədənini görüblər.
Qatil sevgilisini otel otağında öldürüb sonra isə cansız bədənini tikə-tikə doğrayıb.
Cinayətkar ölkədən qaçmağa çalışarkən polislər tərəfindən həbs edilib.
Medianews.az