ABŞ-ın Cənubi Karolina ştatında polis nəzarəti zamanı dəşətli anlar yaşanıb.
Medianews.az xəbər verir ki, polislər saxladıqları avtomobilin içərisindən qəfil çıxan şəxsin silahlı hücumuna məruz qalıblar.
Nə olduğunu anlamağa çalışan polislər özlərini mərmilərdən yayındırmağı bacarıblar. Lakin hadisə zamanı polislərdən biri yüngül xəsarət alıb. Hücum edən şəxs zərərsizləşdirilib.
Həmin anlar saniyə-saniyə təhlükəsizlik kamerasına düşüb və paylaşılıb.
Medianews.az