Nigeriyanın cənubundakı Anambra əyalətində ABŞ səfirliyinin iki əməkdaşı qətlə yetirilib.
BAKU.WS xəbər verir ki, bu barədə “Nyu York Post” yazıb.
Məlumata görə, ABŞ səfirliyinin iki əməkdaşının olduğu avtomobilə Oqbaru qəsəbəsində silahlı hücum olub. Avtomobilin atəşə tutulması nəticəsində ABŞ səfirliyinin iki əməkdaşı, o cümlədən iki yerli polis əməkdaşı öldürülüb.
Bildirilir ki, öldürülənlərin cəsədləri silahlı şəxslər tərəfindən yandırılıb.