Mayın 14-də keçirilən 28-ci Dövr parlament seçkilərində tarixi hadisə yaşanıb.
Medianews.az xəbər verir ki, CHP-nin əsas namizədi olan Elvan İşıq Gezmiş Cümhuriyyət tarixində vilayətdən TBMM-ə gedən ilk qadın millət vəkili olaraq tarixə keçib.
CHP-nin ilk namizədi, 2 uşaq anası əczaçı Elvan İşıq Gezmiş ona və partiyasına səs verənlərə təşəkkür edib və tarix yazmaqdan qürur duyduğunu bildirib.
Qeyd edək ki, 1998-ci ildən CHP il təşkilatında gənclik qolu, qadın qolu il müdiri, mərkəz rayon müdiri və il sədr müavini vəzifələrində çalışan Elvan İşıq Gezmişin atası Mehmet İşıq da uzun müddət siyasətlə məşğul olub. Bir müddət əvvəl həyatını itirən Mehmet İşıq daha əvvəl 2 dövr bələdiyyə sədri və CHP-dən 22-ci dövr millət vəkili olub.
Medianews.az