Rusiya Kiyevə misli görünməmiş hava zərbələri edirib.
Medianews.az xəbər ki, Ukrayna Rusiyanın Kiyevə fasiləsiz pilotsuz təyyarə və raket hücumlarını həyata keçirdiyini açıqlayıb.
Rusiya qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə raket və pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar təşkil etdiyi və onların əksəriyyətinin havada məhv edildiyi bildirilib.
Kiyev Şəhər Hərbi İdarəsindən verilən yazılı açıqlamada, Rusiya ordusunun may ayında Kiyevə 8-ci dəfə hava hücumu təşkil etdiyi bildirilib.
Telegram hesabında açıqlama verən Kiyev meri Vitali Kliçko partlayışların şəhərə Rusiya qüvvələrinin hücumları nəticəsində baş verdiyini bildirib. Raketlərin və İHA hissələrinin Solomyansk, Şevçenkivski, Darnitski və Obolonski rayonlarına düşdüyünü bildirən Kliçko, ilkin məlumata görə, Solomyanskda 3 nəfərin yaralandığını, Darnitskidə isə 2 mülki avtomobilin yandırıldığını qeyd edib.
Qeyd edək ki, Ukraynanın müxtəlif bölgələrində hava hücumu xəbərdarlığı hələ də səslənir.
Medianews.az