Türkiyənin Esenler şəhərində qan donduran hadisə yaşanıb.
İddiaya görə,51 kişi ondan ayrılmaq istəyən həyat yoldaşı ilə mübahisə edib.
Mübahisədən sonra o həyat yoldaşını , daha sonra oğlunu tapança ilə vuraraq öldürüb.
Daha sonra O yaxınlarına zəng edərək həyat yoldaşını və oğlunu öldürdüyünü bildirərək öz canına qıyıb.
Hadisə yerinə gələn polislər öz canına qəsd edən kişinin sağ olduğunu görərək onu xəstəxanaya çatdırıblar. Polislər hadisə yerinə baxış keçirərkən cəsədlərin yanında məktub tapıblar.
Məktubda 51 yaşlı kişi həyat yoldaşının qardaşlarını günahlandırıb:
“Əziz həyat yoldaşım və oğlum, sizi heç vaxt namus və ləyaqətini 5 pula satanların arasında buraxmaq istəmədim. Məcbur olduğum üçün həyat yoldaşımı və oğlumu öldürdüm. Həyat yoldaşım dünyanın şərəfli qadınıdır.Mənim üçün oğlum da eynidir.Arxada qalan hər kəs bundan ibrət alsın. Layiq olan hər kəsə deyirəm. Oğlum və yoldaşım bu ölümü haqq etmədi. Ümid edirəm ki, məndən də pis olacaqsan”.
Medianews.az