Türkiyənin Bursa şəhərində bir avtomobil sürücüsü gecə yarısı küçədə şou göstərib.
Medianews.az xəbər verir ki, sürücü təhlükəli şou ilə ərazidə yaşayan bina sakinlərini yuxudan oyadıb.
Yol hərəkətini pozan şəxs dəqiqələrlə dəhşət saçıb.
Bina sakinləri həmin sürücü ilə bağlı polisə xəbər verib. Hazırda polis həmin şəxsin saxlanılması istiqamətində iş aparır.
Medianews.az