İstanbulda velosipedlə küçəyə çıxan oğru günorta saatlarında mikroavtobusun pəncərəsini daşla sındıırb.
Medianews.az xəbər verir ki, gənc oğlan mikroavtobusun içərisindən drel oğurlayıb.
Binada bir qadının “oğru var” deyə qışqırmasından sonra təşvişə düşən gənc qaçarkən əlindəki dreli yerə atıb.
Oğrunun hadisə yerindən qaçma anı izləyənlərin gülüşünə səbəb olub. Hadisədən sonra mikroavtobus sahibinin polisə gedərək şikayət ərizəsi yazıb. Hazırda həmin gənc polis tərəfindən axtarılır.
Medianews.az